Ağdamda vurulan helikopter modellərində stasionar silahlar olur və onlar həm də çox təhlükəlidir.
Vətəninfo.az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.
F.Sadıqovun sözlərinə görə, ermənilər bütün dünyaya elan edirlər ki, Azərbaycan tərəfindən vurulan Ermənistana məxsus helikopterdə silah olmayıb. Lakin indiki dövrdə Ağdamda vurulan Ermənistana məxsus hərbi helikopterdə silahın olub-olmadığını çox sadə yolla müəyyən etmək olar:
“Ermənilər idda edirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterində silah olmayıb. Əvvəla, indi internet dövrüdür. Həmin helikopterin marka və modelinə baxın, o helikopter zavoddan çıxanda hansı silahlarla çıxır. Bunları internet vasitəsilə rahat müəyyən etmək mümkündür. Bu cür helikopterlərdə stasionar silahlar olur və onlar həm çox təhlükəlidir, həm də yerdə əsgərin əlində olan silahdan çox fərqlidir. Digər tərəfdən, Azərbaycanı günahlandırırlar ki, guya hansısa konvensiyaları pozaraq helikopteri vurub. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycanın hava məkanının müəyyən yerləri hərbi təyyarələr üçün bağlıdır. Helikopter də Azərbaycan ərazisində - Ağdamda vurulub”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR