"Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".
Vətəninfo.az-ın məlumatına görə, "Report" "Novosti Armeni"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.
Diplomat qeyd edib ki, həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə tərəflərlə işləmək tapşırılıb: "Avropa İnsan Haqları Məhkəməsinin qərarı nə bu mövqeyə, nə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".
Qeyd edək ki, iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını acıqlayıb. Məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.
"Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər. Şikayət 2005-ci ilin aprelində verilib və məhkəmə onu icraata qəbul edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL