Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunları zamanı idmançıların rahatlığı üçün bütün şəraiti yaradıb. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Latviya Olimpiya Komitəsinin rəhbəri Jorj Tikmers Latviyanın LTV 7 kanalına bildirib.
"Mənim həmkarlarım artıq 1 həftədir ki, ordadır. Onlar məşqçi və komanda heyətlərini qəbul etmək üçün zəruri tədbirlər görürlər. Ölkə çox böyük işlər görüb, böyük səylər göstərib. İdmançılar üçün Atletlər Kəndində gözəl şərait yaradılıb. Heç bir şübhə yoxdur ki, təşkilatçılar yarışmaların keçirilməsi üçün hər bir detalı düşünüblər. Medal komplektlərin sayı da çoxdur - 253", – Tikmers qeyd edib.
Onun sözlərinə görə, Latviya komandasının heç bir problemi yaranmayıb, idmançılar və inzibatçılar öz işləri ilə məşğul olur. Latviya komandası dünəndən Bakıya gəlməyə başlayıb.
"Oyunlarda 59 Olimpiya çempionu, 200 dünya çempionu iştirak edəcək. Biz də güclü idmançılarla təmsil olunuruq. Çimərlik voleybolu, cüdo yarışlarında güclü idmançılar iştirak edəcək. Komandanın üçdə ikisi isə gənclərdir. Lakin Latviya komandası heç zaman medalsız qayıtmır. Bu ənənə davam etməlidir", – Tikmers vurğulayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL