"Bakı 2015" I Avropa Oyunlarına qatılacaq 50 ölkənin nümayəndə heyəti üçün Atletlər Kəndində təntənəli salamlama və bayraqların qaldırılma mərasimi təşkil olunacaq. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib.
Onun sözlərinə görə, təntənəli mərasim iyunun 11-də saat 18:00-da start götürəcək. Nümayəndə heyətləri Atletlər Kəndinin meri tərəfindən salamlandıqdan sonra bütün ölkələrin bayraqları qaldırılacaq. K.Nurullayeva bildirib ki, Olimpiya Oyunları ilə müqayisədə, Avropa Oyunlarında hər bir ölkə bayrağının ayrı-ayrılıqda deyil, eyni vaxtda dalğalandırılmasına qərar verilib.
Qeyd edək ki, tədbirdə rəsmi şəxslərin, o cümlədən, Azərbaycanda akreditə olunmuş diplomatik korpusların nümayəndələri və rəhbərlərinin iştirakı gözlənilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL