Azərbaycanın xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabının dördüncü cildi nəşr edilib.
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə yazıçının oğlu Ayaz Musayev məlumat verib.
Onun sözlərinə görə, atasının ölümündən sonra bu kitab ilk dəfə nəşr edilib: "Atamın sağlığında kitabın 3 cildi nəşr olunmuşdu. Dördüncü cildi görmək ona qismət olmadı. Əsər "Kitab Klubu"nun təşəbbüsü ilə çap edilib. Bakı və bakılıların tarixini bilmək istəyənlər bu kitabı oxuya bilərlər".
Qeyd edək ki, kitabın redaktoru Ayaz Musayevdir. 200 tirajdan ibarət olan kitabın yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək.
Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında geniş məlumatlar var. Kitabda Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi, xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtın mənzərəsi ustalıqla təsvir edilib. Oxunaqlı dillə qələmə alınan bu əsəri qədim fotolar bəzəyir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL