Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası “Bakı-2015” ilk Avropa Oyunlarının üzərinə heç bir kölgə sala bilməyəcək.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, ilk Avropa Oyunları ərəfəsində üzləşdiyimiz bu qarayaxma kampaniyasına biz artıq alışmışıq. Bir neçə il bundan əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də belə bir vəziyyətlə qarşılaşmışdıq. Bu, bizi daxilən nə qədər incitsə də, Azərbaycan həmin müsabiqəni yüksək səviyyədə təşkil etdi.
Əli Əhmədov vurğulayıb ki, Avropa Oyunlarının keçirilməsi üçün zəruri hazırlıq işləri artıq başa çatıb. Azərbaycanın adı ilk Avropa Oyunları keçirilən bir məkan kimi tarixə yazılacaq. Bu cür məsuliyyəti öz üzərinə götürmüş Azərbaycana diqqətli yanaşma daha ədalətli olardı, lakin biz bunun əksini görürük. ABŞ-dan, Avropanın bir çox dairələrindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bütün bunlar ikili standartların təzahürü olsa da Azərbaycanın haqq işini həyata keçirməsinə maneə yarada bilməyəcək. Biz öz işimizi görürük, üzərimizə götürdüyümüz öhdəliyi də layiqincə yerinə yetiririk. Bu qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirməyəcək. Görünür, onlar sadəcə daxilən belə missiyaları həyata keçirməyə kökləniblər və həmişə bu işlərlə məşğul olurlar.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?