Efirdən təhqir olunduğuna görə, Aşıq Ədaləti məhkəməyə verən rəqqasə Aytən fikrindən daşınıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a rəqqasənin özü verib. Onun sözlərinə görə, vəkili tərəfindən bütün lazımı sənədlər məhkəməyə təqdim olunsa da, sonradan anası onu bu iddiadan geri döndərib: “Aşıq Ədaləti məhkəməyə verəcəyimi deyəndən sonra saysız-hesabsız sənət adamlarından telefon zəngləri aldım. Dedilər ki, Aşıq Ədalət yaşlıdır, nə danışdığını bilmir. Hamı onu bağışlamağımı xahiş etdi. Açığöı heç kimin sözünə baxmaq fikrim yox idi. Sonda anam da həmin xahişdə bulundu, ona yox deyə bilmədim. Ədalət gedib mənim anama qurban olsun. Anama görə onu bağışladım. Anam icazə vermədi, dedi, o yaşlı adamdı, fikir vermə ona. Həm də aşıq Ədalət olanlardan sonra müsahibə vermişdi. Oxudum, baxdım ki bu adam xəcalət çəkir. Elə ondan sonra bir az yumşaldım. Ərizəmi sabah gedib götürəcəm”.
Xatırladaq ki, ATV-də Aşıq Namiq və rəqqasə Aytənin konsertindən nümayiş olunan süjet Aşıq Ədaləti bərk qəzəbləndirib. O, Aşıq Namiqin sazda ifasının sədaları altında Aytənin göbək rəqsi etməsinə nalaiq ifadələrlə etirazını bildirib.
Bundan sonra isə rəqqasə Aytən Aşıq Ədaləti məhkəməyə verəcəyini açıqlayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR