“Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm”. Vətəninfo.az məlumat verir ki, bunu Modern.az saytına Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, deputat Sabir Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini şərh edərkən deyib.
O bildirib ki, Diaspor Komitəsi ilə DAK arasında normal münasibətlər var:
“Komitənin işini bütövlükdə yüksək qiymətləndirirəm. Onların da digər qurumlar kimi həm yaxşı, həm də işlərinin axsadığı yerlər var. Komitə ilə bizim münasibətlər yaxşıdır. Həmişə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişik. Həm onlar, həm də biz bir-birimizin müraciətlərinə sayğı ilə yanaşmışıq. Əlbəttə, bəzi narazılıqlar olur. Xüsusən də ölkədən kənarda. Amma Diaspor Komitəsinin hansı çətin şəraitdə işlədiyini biz yaxşı bilirik”.
Sabir Rüstəmxanlı xaricdəki diaspor təşkilatlarının öz problemlərinin olduğunu da vurğulayıb:
“Komitənin hansı problemlərlə üz-üzə olduğunu çox yaxşı bilirik. Azərbaycandan, İrandan və Türkiyədən gedənlərin bir yerdə birləşməsi və işləməsi uzun vaxt istəyir. Gedənlərin bir çoxu maddi imkansızlıq şəraitində yaşayırlar. Bizim komitənin yunan və erməni diasporu kimi maddi imkanları yoxdur. O mənada hamısının gözü Diaspor Komitəsindədir. Hamının isə tələblərinə cavab vermək çətindir. Amma komitə mümkün qədər öz imkanları daxilində işləyir. Hesab edirəm ki, komitə bir sıra məsələlərdə daha çevik hərəkət etməlidir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR