“Xalq artisti Nazpəri Dostəliyeva ilə İlhamə Quliyevanın arasında gedən məhkəmə qalmaqalı bu həftə yekunlaşa bilər”.
Axşam.az xəbər verir ki, bu barədə aznews.az-a İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.
Onun sözlərinə görə, N.Dostəliyeva bu həftə həmkarı İ.Quliyevaya məhkəmə cəriməsini tam ödəyəcəyinə dair söz verib:
“Mən icraçı ilə danışdım. O mənə bildirdi ki, Nazpəri xanım bu həftə məhkəmənin ona kəsdiyi cərimənin daha 20 min manatını tam ödəyəcək. Bilirsiniz ki, məhkəmə Nazpəri xanıma 25 min manat cərimə kəsib. Onun 5 min manatı bir müddət öncə İlhamə xanımın hesabına köçürülüb”.
N.Dostəliyevanın İlhamə xanımdan üzr istəyəcəyinə gəlincə isə vəkil qeyd edib ki, o proses 25 min manat tam ödəniləndən sonra olacaq:
“Məhkəmənin qərarı var, üzr istənilməlidir”.
Qeyd edək ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmə son qoyub. Qərara əsasən, N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR