Xəbər verdiyimiz kimi, noyabrın 1-2-də Bakıda FİA GT seriyasından “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsi keçiriləcək. Yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparacaq. Eyni zamanda, “Formula-1” yarışı üzrə 10, drift üzrə isə 5 maşın nümayiş etdiriləcək.
Modern.az xəbər verir ki, noyabrın 1-də iştirakçı avtomobillərin hazırlıq yürüşləri keçirilib. Hazırlıq yürüşü Bakı sakinləri tərəfindən yüksək hərarətlə qarşılanıb.
Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçiriləcək.
Pilotlar yarışda “BMW Z4”, “Audi R8LMS Ultra”, “Mercedes SLS AMG GT3”, “McLaren MP4-12C”, “Lamborghini LFII”, “Porsche 997 GT3”, “Aston Martin Vantage GT3” və “Corvette Z06 G” avtomobillərini idarə edəcəklər.
Qalib komanda 100 min, ikinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan kollektiv isə 25 min avroluq pul mükafatlarına layiq görüləcək.
“Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş olunacaq.
Ötən il təşkil olunan yarışda Belçikanın “Audi Club” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobili ilə qalib gəlmişdi. Fransanın “Hexis Racing” komandasının pilotu Kevin Estre “McLaren” avtomobili ilə finişi ikinci, Almaniyanın “HTP Gravity Charouz” komandasının pilotu Alon Day isə üçüncü keçmişdilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR