“Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, buna səbəb “Araz Naxçıvan”ın fəaliyyətini dayandırmasının rəsmiləşməsidi.
Ölkə kubokunun 1/8 finalında dağılmış klubla qarşılaşmalı olan cənublular birbaşa 1/4 finala yüksəliblər. Bundan əvvəlki mərhələdən də azad olan “Xəzər Lənkəran” kubokda mövsümə elə 8 ən güclü arasında başlayacaq.
Bu isə klubun ənənəsinin davamıdı. Belə ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi çıxış etdiyi 10 yarışın hamısında 1/4 finalçılar arasında olub. Həmişəki kimi yenə bunu bacaran “Xəzər Lənkəran” 1/8 finalın “Şahdağ” – “İnter” matçının qalibini gözləyir.
Qeyd edək ki, bunadək 10 dəfə 1/4, 8 dəfə 1/2, 5 dəfə finalda oynayan komanda 3 dəfə kuboka sahib olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR