Sürət həddini aşan sürücülər haqqında elektron protokollar tərtib edilir və bu "ASAN” ödəniş sistemi ilə onların mobil telefonlarına SMS-lə bildirilir.
SMS məlumatın gəlməsi üçün mütləq sürücünün mobil nömrəsi yol polisinin məlumat sistemində olmalıdır. Ancaq əksər sürücülərin mobil nömrələri qeydiyyatda yoxdur.
2014-cü ilə qədər avtomobillər qeydiyyata alınarkən sahibinin telefon nömrəsinin yol polisinə verilməsi mütləq deyildi.
Ona görə də xeyli sürücünün mobil telefon nömrəsi yol polisinin məlumat bazasında yoxdur. "ASAN” ödəniş sisteminin tətbiqi ilə mobil nömrənin də qeydiyyata alınması şərt kimi qoyulub. Bu, sürücülərin daha operativ məlumatlandırılması məqsədi daşıyır.
Məsələn, radarların sürət rejiminin yenidən tənzimlənmasindən sonra 38 min nəfər saatda 10-20 kilometr sürət həddini aşdığına görə cərimələnmişdi. Onların neçə faizinə SMS məlumatın gəlməsi məlum deyil.
Düzdür, sonradan elektron protokollar vətəndaşın yaşadığı ünvana göndərilir, amma mobil nömrənin qeydiyyatda olması mübahisəli məsələlərin həllində yardımçı ola bilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL