Baş Dövlət Yol Polisi İdarəsi məcburi köçkünlərə məxsus nəqliyyat vasitələrinin paytaxta buraxılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Vətəninfo.az-ın məlumatına görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılmasına qoyulmuş qadağa məcburi köçkünlərə şamil edilmir: "Bakı qeydiyyatında olan məcburi köçkünlərin avtomobillərinin paytaxta buraxılmasında heç bir məhdudiyyət yoxdur. Məlum qərar onlara şamil edilmir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər. Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat