Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar nəticəsində 5 əsgər öldürülüb.
Miq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov "Reuters”ə açıqlamasında bildirib.
Peskov bununla bağlı daha ətraflı məlumat verməyib.
Xatırladaq ki, prezident Vladimir Putin martın 14-də Rusiyanın əsas hərbi qüvvələrinin martın 15-də Suriyadan çıxarılması ilə bağlı əmr verib. Bu barədə Putin xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə görüşündə bildirib.
"Hesab edirəm ki, Müdafiə Nazirliyinə tapşırılmış bütün vəzifələr layiqincə yerinə yetirilib. Buna görə də sabahdan etibarən Suriya Ərəb Respublikası ərazisindən qoşunların çıxarılmasını əmr edirəm”, - deyə Rusiya prezidenti əlavə edib.
Putin bu qərarı ilə Suriya münaqişəsinin tənzimlənəcəyinə də ümid etdiyini söyləyib.
Miq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL