Rusiyalı kəşfiyyatçılar ölkələrinin Ermənistandakı hərbi bazasında sürətli atış təlimlərinə başlayıblar.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub-Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın SQ Cənub-Şərq Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasında yüksək dağlıq ərazidəki "Kamxud” poliqonunda kəşfiyyat bölüklərinin səhra şəraitində sürətli atış üzrə xüsusi kursları təşkil olunub. Döyüş atıcılığı üzrə xüsusi təlimlərdə 300-dən çox hərbi qulluqçu iştirak edir” - deyə məlumatda bildirilir.
Kəşfiyyat bölüyünün döyüşçülərinə sürətli atış zamanı silahla davranış qaydaları, dəqiq nişan alma üsulları, AK-74 avtomatlarından tək atəşin xüsusiyyətləri öyrədilir. Kəşfiyyatçılar müxtəlif hədəflərə uzanıqlı halda, dizi üstə oturmuş halda, ayaq üstə, sağ və sol əllə, özü də mümkün qədər qısa müddət ərzində, sürətlə atəş açmağı öyrənirlər. Onlara həmçinin döyüş zonasında yerlərini nəzəri cəlb etmədən dəyişməyin, hərəkətdə ola-ola bir hədəfə bir neçə nöqtədən atəş açmağın yolları təlim edilir.
Bundan başqa döyüşçülər taktiki, mühəndis, tibbi hazırlıq keçirlər. İsti havada qayalıq-dağlıq ərazilərdə, ekstremal şəraitdə hərbi texnikanı idarə etməyi öyrənirlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL