Rusiya Dəmiryolu Qoşunları Abxaziyanın Oçamçira rayonundan İnquri çayına qədər olan hissədəki dəmiryolu xəttinin bərpasına başlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı qondarma "Abxaziya
respublikası”nın mətbuatına istinadən xəbər verir ki, Abxaziya Dəmir
yolları İdarəsinin direktoru İqor Marqaniya da məlumatı təsdiqləyib.
Onun sözlərinə görə rusiyalı hərbçilər gürcü-abxaz müharibəsi zamanı
dağılan yolu ilkin mərhələdə təmizləyəcək, sonra isə dəmir yolu
xəttininin bərpasına başlayacaqlar.
"Abxaziya Dövlət
Nəqliyyat İdarəsinin rəisi” Zurab Xacimba isə rusiyalı dəmiryolçuların
ərazini əsaslı təmir edəcəyini deyib. Onun sözlərinə görə, yol təmir
olunduqdan sonra Rusiyadan yük və sərnişinlər bu yolla Gürcüstana və
gələcəkdə Ermənistana daşınacaq.
"Bizə bunun ziyanı yoxdur, yalnız xeyri var”,- deyə o, bildirib.
Abxaziya mətbuatı dəmiryolu xəttinin bərpasına 800-dən artıq rusiyalı dəmiryolçunun cəlb olunduğunu bildirir.
1992-ci ildə gürcü-abxaz müharibəsi nəticəsində fəlaiyyətini
dayandıran Abxaziya dəmir yolu xətti Sovet vaxtı Rusiyanı Ermənistanla
birləşdirən əsas nəqliyyat arteriyası idi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL