Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" hərbi gəmiləri Azərbaycana gəlib.
Vətəninfo.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar.
Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib.
Qeyd edək ki, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.
Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər oktyabrın 19-dək davam edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR