Rusiya hərbi polisi Laçın dəhlizində… - Rusiya MN məlumat yaydı

Rusiya hərbi polisi Laçın dəhlizində… - Rusiya MN məlumat yaydı

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində gündəlik patrul xidməti həyata keçirir.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Laçın dəhlizi Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yoldur. Rusiya sülhməramlı kontingenti razılaşmalara uyğun olaraq, burada nəzarəti həyata keçirir. Nəzarət təkcə yolda yox, 5 kilometr enlikdə də aparılır”, - hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzmin bildirib.

Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən patrul xidmətinin aparıldığı yolun uzunluğu təxminən 50 kilometrə bərabərdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az