Bu ilin iyul ayında iranlı general, "el-Quds” bölməsinin rəhbəri Kassem Süleymani Moskvaya səfərə gedib.
Ona orada Suriya prezidenti Bəşər Əsədin hökumət qüvvələrinin dalbadal uğursuzluğuna baxmayaraq, Rusiyanın köməyi ilə qələbə qazanmasını nəzərdə tutan plan təqdim edib.
Xəbərdə bildirilir ki, iranlı general Suriyadakı situasiya ilə bağlı öz baxışlarını da açıqlayıb.
"Süleymani stolun üstünə Suriyanın xəritəsini qoyub. Ruslar çox narahat idilər və Bəşər Əsəd rejimi üçün təhlükəni başa düşürdülər. İranlılar onları inandırıblar ki, situasiyanı dəyişmək imkanları var. Həmin an Süleymani onları inandırır ki, hər şey itirilməyib”, - məlumatda vurğulanır.
Xəbərdə o da qeyd edilir ki, İran və Rusiya Suriyadakı üsyançıların uğurlarından ciddi narahat olduqlarından bir neçə ay bu ölkədə hərbi əməliyyat planlaşdırıblar. Həmin plana görə, Rusiya üsyançılara qarşı havadan zərbə vurmalı, İran isə xüsusi qüvvələr vasitəsilə qurudan mübarizə aparmalıdır.
Xarici mənbələrin iddiasına görə, general Süleymani İran və Rusiyanın Suriyada yeni hücum əməliyyatlarında başlıca simalardan biri hesab edilir.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL