Rusiya Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatlarına qarşı çıxıb.
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Misirin "Əl-Ahram” qəzetinə müsahibəsində PKK-nın İraq torpaqlarındakı mövqelərinin bombalanmasının hüquqilik baxımından şübhəli olduğunu deyib.
O, Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları ilə Vaşinqtonun bölgədəki hərbi hərəkətləri arasında əlaqə qurub: "Koalisiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı olmadan yaradılıb. Koalisiya Suriya torpaqlarında da Dəməşqin razılığını almadan fəaliyyət göstərir. Türkiyə hərbi təyyarələri isə Şimali İraqda hava əməliyyatları təşkil edir. Bu cür əməliyyatlar hüquqilik baxımından ciddi şübhələr yaradır".
Suriya və İraqın İŞİD-lə mübarizədə çətin günlər yaşadığını deyən Medvedevin sözlərinə görə, terrorçuluqla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının çətiri altında maksimum sayda ölkələrin gücləri birləşdirilməlidir.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL