Rusiyadan MDB ölkələrinə pul köçürmələri azalıb- İki dəfə

Rusiyadan MDB ölkələrinə pul köçürmələri azalıb- İki dəfə
Rusiyadan MDB ölkələrinə pul köçürmələri iki dəfə azalıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Contact" ödəniş sisteminin analitik mərkəzindən məlumat verilib.

Mərkəzdən bildiriblər ki, bütün hesablamalar Mərkəzi Bankın göstəriciləri əsasında aparılıb. Belə ki, 2015-ci ildə Rusiyadan pul köçürmələrinin sayı 2014-cü illə müqayisədə 44% azalıb. Bu baxımdan ən böyük hissə MDB ölkələrinə olan köçürmələrin sayında qeydə alınıb - 45%-dən çox. İnformasiyaya görə, qeyri-MDB ölkələrinə pul köçürmələrinin sayında 28% azalma müşahidə olunub.
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, Rusiyadan ən çox Tacikistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Qazaxıstan, Abxaziya, Belarus və Çinə pul göndərilib. Mərkəzi Bankın hesablamasına görə, pul köçürmələrinin orta məbləği 14% azalıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az