Aktrisa Sənubər İsgəndirlinin aparıcılıq etdiyi “Gəlin Danışaq” verilişinə qonaq olan müğənni Röya maraqlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, sənətçi heç vaxt ailə qurmağı arzulamadığını etiraf edib:
“Həmişə arzulayırdım ki, varlı sevgilim olsun, mənə zavod tikdirsin. Amma heç vaxt ailə qurub uşaq sahibi olmağı istəməmişdim. İndi səhər uşağın ağlaması ilə oyanırsan, baxçaya aparırsan. Mənim oğlum rus, ingilis dillərini bilir. Heç vaxt belə şey düşünməmişdim. Anarla dava edəndə həmişə deyir ki, səndən hər şey gözləmək olar. Xəyallarla yaşayan insanam. Kimsə nəyisə etmə deyirsə, sırf onu edirəm. Əgər bu gün şou-biznesdə bu cür olmasam, məni saymayacaqlar”.
Röya son vaxtlar verilişlərə getməməsinin səbəbini də açıqlayıb:
“Bahalı geyinirəm, makiyaj edirəm, verilişə çıxıram. Nə düzgün işıqlandırma var, nə də ki texniki səviyyə. İki-üç pərəstişkarı yığıb əl çalırlar. O saat başlayırlar soruşmağa, ərin belə dedi, oğlun belə oldu. Qalmaqal yaratmağa çalışırlar. Buna görə də verilişlərə getmirəm”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR