Saakaşvili yenə də od püskürdü-Fındıq mafiyası- ŞOK + VİDEO

Saakaşvili  yenə də od püskürdü-Fındıq mafiyası- ŞOK + VİDEO
"Təhlüksizlik Xidməti fındıq mafiyasını himayə etməklə məşğuldur”.

"Mən UTX-nin bu münasibətinə dözmək istəmirəm. Siz qoz mafiyasını və digərlərini dəstəkləyirsiz. Hardadır UTX-nin vilayət rəhbəri? Birinci müavin, rəhbəriniz haradadır? İşdə? Ukrayna prezidentinin qurduğu bu şura UTX rəhbəri üçün iş deyil? Batrakov burda olmalıdı, kimdir ki bizi boykot edir? Qoy, UTX-nin rəisi təcili bura gəlsin”, - Saakaşvili bildirib.
Saakaşvili bu dəfə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsini təhqir edərək iclas salonundan qovdu.

 İclas zamanı Saakaşvili öncə Odessa vilayətinin yeni prokuroru David Sakvarelidzeni və vilayətin yeni baş polis idarəsinin rəisi Georgiy Lordipanidzeni təqdim edib.

İclasda Odessa vilayətinin Təhlükəsizlik  Xidmətinin rəisi Sergey Batrakovun niyə iştirak etməməsi ilə maraqlanıb. S. Batrakovun iclasda iştirak etməməsinin səbəbini Təhlükəsizlik Xidmətinin bir nümayədəsi cavablandıraraq deyib ki, üzrlü səbəbdən o iclasda iştirak edə bilmir.

Bundan sonra özünü saxlaya bilməyib əsəbləşən Saakaşvili deyib ki, Təhlükəsizlik  Xidməti və  Dövlət yol təhlükəsizliyi inspeksiyası hələ də prezidentə tabe olsa da, bundan sonra bu qurumların, xüsusən də Ukrayna Təhlükəsizlik Xidmətinin bu cür  qeyri - ciddi  hərəkətlərinə dözməyəcək. Təhlükəsizlik xidmətinin fəaliyyətini  kəskin tənqid edən qubernator bildirib ki, onlar mənasız işlərlə və bir də fındıq mafiyasına himayədarlıqla məşğuldurlar.

Saakaşvili təcili olaraq Təhlükəsizlik xidmətinin rəhbəri S. Batrakovun iclasda iştirakını tələb edib.  "O kimdir  axı, o nə cürət edib iclası boykot edir? Qoy təcili olaraq iclasa gəlsin. Burada toxunulmaz heç kim yoxdu”- deyən Saakaşvili rəhbəri əvəzində sualları cavablandıran Təhlükəsizlik xidmətinin əməkdaşını isə iclasdan qovub.
O cavab vermək istəyəndə Saakaşvili onun sözünü kəsərək kobud ifadlər işlədərək təcili olaraq zalı tərk etməsini  tələb edib.

[video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az