Vətəninfo.az xəbər verir ki, Gürcüstanın eks-prezidentinin ailəsi Baş Prokurorluğun dövlət büdcəsi hesabına alındığını iddia etdiyi Saakaşviliyə məxsus pencəyi hökumətə göndərib. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, kuryer bağlamanı səhər saatlarında hökumət administrasiyasına “Cənab İvanişvili, necə istifadə edəcəyinizi şəxsi seçiminizə buraxaraq bunu sizə qaytarıram” qeydi ilə buraxıb. Lakin qəbul şöbəsi bağlamanı qəbul etməkdən imtina edib və izah ediblər ki, onlar ancaq rəsmi yazışmaları qəbul edirlər. Bununla yanaşı, kuryer bağlamanı qəbul şöbəsində buraxaraq gedib.
Xatırladaq ki, ötən həftə Gürcüstanın Baş Prokurorluğu Mixail Saakaşvilini dövlət büdcəsini mənimsəməkdə ittiham etmişdi. Siyahıda dövlət vəsaiti hesabına şəxsi məqsədlər üçün xərclədiyi, dəyəri 28, 6 min dollar olan Londondan alınan 7 pencək və idman paltosu, həmçinin 4,6 min dollarlıq 2 kostyum vardı. Saakaşvilinin ailəsinin göndərdiyi bağlamada kəşmir parçadan olan palto və yeddi pencək olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR