Sabirabadın bəzi kənd orta məktəblərində qazanxanalar işləmir. Şagirdlər və müəllimlər dərs zamanı soyuqdan az qala donurlar.
Bu barədə kənd sakinləri VİZUAL.az-a məlumat verib. Sakinlərin sözlərinə görə, Narlıq, Yolçubəyli və Türkədi kənd tam orta məktəblərində isitmə sistemi yoxdur.
Həmin məktəblərin qızdırma sistemi olmadığından siniflərə və başqa otaqlara neftlə işləyən sobalar qoyulub. Havaların kəskin soyumasına baxmayaraq bu məktəblərə heç neft də verilməyib.
Valideynlərdən yığılan pul hesabına siniflərə sobalar qoyulub.
Yerli sakinlər qeyd edir ki, soyuq şəraitdə dərs keçən şagirdlər tez-tez xəstələnir. Bu səbəbdən də çox şagirdlərin valideynləri uşaqlarını məktəbə getməyə qoymurlar. Rayon Təhsil Şöbəsi və İH-nə hələ yay aylarında müraciət olunub. Lakin müraciətlərin xeyri olmayıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?