Sahil Babayev deputatların pensiya yaşı ilə bağlı təklifini rədd edib

Sahil Babayev deputatların pensiya yaşı ilə bağlı təklifini rədd edib

Nazir deyib ki, pensiya dövrü 12 olsa da, 68 faiz pensiyaçı bu müddəti keçir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya yaşının azaldılması haqda deputatların təkliflərinə rədd cavab verib.

Bu barədə nazir Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında danışıb.

Sahil Babayev deyib ki, Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır: "Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 faiz pensiyaçı 12 ildən çox alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Sahil Babayevin sözlərinə görə, bu gün ölkədə 65 yaşa çatanların 60 faizi pensiya, digərləri sosial müavinət alanlardır: "Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq. Bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun ilər boyu sosial sığorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz. Çünki o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq”.

Pensiya yaşının azaldılmasını Milli Məclisdə daha çox deputat Vahid Əhmədov gündəmə gətirir.

Deputat deyib ki, "Pensiya sistemi haqqında” Qanuna yenidən baxmağa çox böyük ehtiyac var: "Nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, biz qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?”(Meydan TV)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az