ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə ismarış yayıb.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Sekuta mesajında qeyd edib ki, həftənin əvvəlində Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrdən bəhs edən “Bakı Hədəfdir: Hitler Neft Uğrunda Müharibəni Necə Uduzdu” sənədli filminin ilkin nümayişində iştirak edib.
"Müxtəlif mənbələrdən yararlanaraq ərsiyəyə gətirilən bu film çox maraqlı idi və qələbənin Azərbaycanda daxil olmaqla müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümkün olduğunu xatırladır. Yetmiş il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görürük ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir".
Səfir qeyd edib ki, Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir, onları gələcəkdə də inkişaf etdirməyə hazırdır.
"Bu gün biz cəmləşmiş müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və bizim valideyinlərimiz, baba və nənələrimizin təhlükəli, çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada Azərbaycanda daxil olmaqda hazırda transatlantik icmanın suveren üzvləri olan keçmiş Sovet respublikaları da var".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR