Rusiya xarici işlər nazirinin səfər proqramı açıqlanıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. “Vətəninfo.az”ın Trend-də istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.Lukaşeviçin sözlərinə görə, nazirin səfəri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib."20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik", - Lukaşeviç qeyd edib. Onun sözlərinə görə, nazirin cari səfəri Azərbaycan və Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı dialoqun davamı kimi nəzərdən keçirilir. XİN nümayəndəsi deyib ki, ötən il ölkələr arasında mal dövriyyəsi 2,5 milyard dolları ötüb və təbii ki, potensial daha böyükdür. Lukaşeviç iki ölkənin humanitar sahədə maraqlı qarşılıqlı fəaliyyət formasının olduğunu qeyd edib: “Məmmədyarovla görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri, regional problemlər və Dağlıq Qarabağ münaqişəsi intensiv müzakirə ediləcək",
Sergey Lavrov aprelin 2-4-də Azərbaycana səfər edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR