Sergey Lavrov: "Qarabağda hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yoxdur"

Sergey Lavrov:
Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmür.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday forumu"nda bildirib.
"Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm", - S.Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək.
"Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil", - rusiyalı nazir söyləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az