“Avropa Oyunlarının loqosu vurulan yerlərdən oyunlardan sonra ictimai nəqliyyatın istifadəsinə veriləcək”. Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS ÇM radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır. Əgər bu ideya məqsədəuyğun hesab edilərsə, o zaman paytaxtda avtobuslar üçün xüsusi yollar ayrılacaq.
“Ümumiyyətlə yolun sol tərəfi təcili yardım, fövqəladə hallarda keçən avtomobillər üçün nəzərdə tutulub. İndi imkan olarsa, həmin yollar ictimai nəqliyyatın istifadəsinə verilə bilər”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi son günlər aeroport istiqamətinə işləmək üçün ayrılan avtobuslarda gediş haqqının 1 manata qaldırılmasına münasibət bildirib. Onun sözlərinə görə, bu barədə dəqiq məlumat yoxdur.
“Baku Bus”un gətirdiyi yeni avtobusların aeroport istiqamətinə 1 manata işləməsinə gəlincə, bu barədə məlumatlar dəqiq deyil. Çünki avtobusda gedişhaqqılar yalnız Tarif Şurasının qərarı ilə dəyişdirilə bilər”, - deyə N.Həsənov vurğulayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL