Milli Məclisin payız sessiyasının son iclasında “Əmək Məcəlləsinə dəyişiklər edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev maraqlı faktlar açıqlayıb. O, qeyd edib ki, uzun illərdir transmilli şirkətlərlə bağlı böyük mübarizə aparırlar. “Bu da ondan ibarətdir ki, onlar özlərində həmkarlar ittifaqlarının yaradılmasına mane olurlar. Bunun bir səbəbi də orada çalışan işçilərlə həmkarların ünsiyyətinə mane olmalıdır. Buna baxmayaraq, biz böyük işlər görmüşük”.
S. Mehbalıyevin sözlərinə görə, təkcə 2012-ci ildə 365 özəl şirkətdə həmkarlar təşkilatı yaradıblar. “Bu işi davam etdiririk. Bəzi iri şirkətlər hələ də maneçiliyi davam etdirirlər. Qeyd etmək lazımdır ki, onlar milyardlarla pul qazanırlar. Hesab edirəm ki, bu vəsaitin 3-5 faizini Qarabağ əlillərinə, şəhid ailələrinə, onların sosial, mənzil və digər problemlərinin həllinə yönəldilməlidir. Hər halda bu tip sənədlərə dəyişiklik hesab edirəm ki, bir çox dəyişiklərə gətirib çıxarda bilər. İnanıram ki, bu məsələləri tezliklə həll edəcəyik”.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR