Namiq: “Disk daşıyan da deyir prodüserəm”
Vətəninfo.az xəbər verir ki, “N Brazers” qrupunun rəhbəri Namiq Qafarov şou-biznes aləmindən bezib. Müxbirimizlə söhbətində o bunları bildirib: “İndikilər də deyir iş görmüşük. Hər disk daşıyan deyir prodüserəm”. N.Qafarov bildirib ki, çoxları müğənniləri qınayırlar ki, müğənnilər toyları əsas tuturlar. Yazıq müğənni neyləsin, albomdan pul qazanmırlar, elə içi mən qarışıq. Ancaq albomlarımı yol polislərinə paylayıram. Tamaşaçı albom, disk almır, hamı çalışır fleşdən köçürsün. Albom buraxırsan, pul yoxdu, konsert verirsən, istədiyin kimi pul qazana bilmirsən. Bütün bunlar da sövq edir ki, müğənni toylara getsin”. “N Brazers”in rəhbərinin sözlərinə görə, keçirilən konsertlərə də özləri dost-tanışa bilet verirlər ki, ən azından onlar gəlsinlər: “Klip çəkdirmək də bildiyiniz kimi baha başa gəlir. Bunun hələ “raskrutka”sını demirəm. Bir klipin “raskrutka”sı üçün televiziya proqramlarında yayımlanması lazımdı. Elə proqramlar var ki, onlar ödənişlidi. Gərək pul ödəyəsən ki, sənin klipini orda yayımlayalar. Yazıq müğənniyə də ancaq toylardan pul qalır. Onu da aparıb ailəsinin ehtiyacını ödəsin, yoxsa ”raskrutka”ya versin?”. N.Qafarovun sözlərinə görə, Azərbaycanda müğənninin pul qazanacağı yeganə yer toydu.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR