Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.
APA TV-nin xəbərinə görə, Hacıməlik qəsəbə sakini, 52 yaşlı Qəmşəddin Məmmədov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun istiqamətlərini ayıran dəmir arakəsməyə çırpıb.
Qəza zamanı sürücü və sərnişin, 49 yaşlı Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Digər 3 sərnişin - 49 yaşlı Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 51 yaşlı Razəddin Məmmədov və Gəncə şəhər sakini, 45 yaşlı Arzu Verdiyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildəkilər toy şənliyindən qayıdırlarmış.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL