Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndinə Suriyadan erməni ailələrə mənzillər paylanır.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan bildirib ki, Ermənistan hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə Suriyadan olan erməni qaçqınların yerləşdirilməsində maraqlıdır. Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür.
A. Qasparyan bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 mənzilli binanın tikilərək istifadəyə verildiyini deyib: “Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə Suriyalı qaçqınlara təqdim edilib. Burada yaşayan qaçqınlar eyni zamanda işlə də təmin olunublar”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR