Tanınmış aparıcı dünyasını dəyişdi - FOTO

Tanınmış aparıcı dünyasını dəyişdi - FOTO
Bir müddətdir, xərçəng xəstəliyindən müalicə olunan Türkiyənin tanınmış aparıcısı Seval Akbaba dünyasını dəyişib. 

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, TRT-də "Sokak lezzetleri" verilişini aparan Seval səhər saatlarında keçinib. Aparıcının ölümü barədə məlumatı sosial şəbəkədə prodüser Tunahan İlbars onunla birlikdə olan fotosunu paylaşaraq yayıb: 

"Bir neçə il əvvəl həyatıma daxil oldu. Əvvəlcə aparıcım idi. Sonra dostum, can yoldaşım və sirdaşım oldu. Bu gün bacımı itirməyin dərin kədərini yaşayıram. Seval tanıdığım ən təmiz, dürüst, yaxşı insanlardan idi. "Qanadsız mələk" idi. Deyiləsi o qədər sözüm var ki... Səni həmişə bu fotodakı kimi xatırlayacağam. Səni çox sevirəm..."

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az