Prezident yanında Gənclər Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Tariximizə Muzeylərin Gözü ilə Baxış" adlı layihəsi çəçivəsindəAMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiyada layihə iştirakçıları ilə yanaşı Prezident yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyeva da iştirak etmişdir. Təşkil olunan ekskursiya zamanı layihə iştirakçıları Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü ilə və eləcə də xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin ev muzeyi ilə əyani şəkildə eksponatlar vasitəsilə tanış olmuşlar. Ekskursiya gənclərə müsbət təəssürat bəxş etmişdir.
"Tariximizə Muzeylərin Gözü ilə Baxış" layihəsinin əsas məqsədi muzeylərin mədəniyyətimizin əhəmiyyətli parçası olduğu fikrinə əsaslanaraq, gənclərimizdə muzeylərə olan marağın artırılmasına dəstək olmaqdır. Layihə rəhbəri Aytən Hüseynova qeyd etmişdir ki, layihənin icra planına uyğun olaraq daha bir neçə muzeylərə ekskursiya təşkil olunacaqdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL