Azərbaycan Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivin bəzi üzvləri uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyul 2015-ci il tarixdə Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır. “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün ən yaxşı səhnə tərtibatı”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)” “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblərlə yanaşı “Mövsümün ən yaxşı tamaşası” da mükafatlandırılacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL