Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, “Eurovision-2014” mahnı müsabiqəsi təmsilçilərinin finalda çıxış ardıcıllığı müəyyənləşib. Azərbaycanı təmsil edən Dilarə Kazımova 3-cü çıxış edəcək.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı may ayının 8-də böyük uğurla başa çatıb.
Mayın 10-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi “Eurovision-2014” mahnı müsabiqəsinin təmsilçilərinin final mərhələsində çıxış ardıcıllığı belədir:
1.Ukrayna, 2.Belarus, 3.Azərbaycan, 4.İslandiya, 5.Norveç, 6.Rumıniya, 7.Ermənistan, 8.Monteneqro, 9.Polşa, 10.Yunanıstan, 11.Avstriya, 12.Almaniya, 13.İsveç, 14.Fransa, 15.Rusiya, 16.İtaliya, 17.Sloveniya, 18.Finlandiya, 19.İspaniya, 20.İsveçrə, 21.Macarıstan, 22.Malta, 23.Danimarka, 24.Niderland, 25.San Marino, 26.Birləşmiş Krallıq.
“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand və təşkilat komitəsinin digər üzvlərinin təsdiq etdikləri final mərasimində çıxış edəcək ölkələrin ardıcıllığı şounun prodüserləri və Danimarkanın rəsmi yayım hüququ olan “DR” telekanalı tərəfindən müəyyənləşib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR