Tərtərlə bağlı yazılanlar həqiqətdirmi? - Rəsmi açıqlama

Tərtərlə bağlı yazılanlar həqiqətdirmi? - Rəsmi açıqlama

Son günlər bir sıra xəbər portallarında və bəzi sosial şəbəkə səhifələrində Tərtər rayonu haqqında yayılan məlumatlar virtual aləmdə xeyli müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Tərtər rayon icra hakimiyyəti "Miq.az” saytına rəsmi münasibət bildirib.  

Rəsmi açıqlama da bildirilir ki, "YeniSabah.az” xəbər portalında getmiş "İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün” başlıqlı yazısı qərəzli əhəmiyyət daşıyır. Adı çəkilən 96 saylı peşə məktəbinin binasinda 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşıb. Binanin sanitar qovşaq olan hissəsində yerləşən pəncərələri uzun müddət  bundan öncə hörülmüş, həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən, binanın həmin hissəsi də rənglənibdir. 2018-ci ildə orda yaşayan məcburi köçkünlər, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış mənzillərə köçürülərək bina Təhsil nazirliyinə təhfil verilmiş, hazırda orda məcburi köçkünlər yaşamır. Həmçinin bina istismara yararsızdır və istifadə olunmur, əsaslı təmirə ehtiyacı var. Məlumatda o da qeyd edilir ki rayon icra hakimiyyəti başçısı tərəfindən həmin pəncərələrin hörülməsi üçün heç bir göstəriş verilməyib.

Bundan başqa rayon icra hakimiyyti "Pravda.az” saytında dərc edilmiş "İsgəndər Həmidovun qardaşı oğlu: Tərtərin icra başçısı mənə məxsus torpağı avtoritetə verib” başlığı altında dərc edilmiş yazı ilə bağlı da, rəsmi açıqlama verdi. 

Açıqlamada sözügedən torpaq sahəsi Şəhriyar Məcidzadə tərəfindən zəbt olunmuş və ona məxsus olduğu barədə heç bir hüquqi sənədin olmadığı bildirilib. 

Saytın dərc etdiyi yazıda avtoritet kimi təqdim edilən vətəndaş Əliyev İlqar Fərəc oğluna da həmin ərazidən bələdiyyə tərəfindən torpaq sahəsi verilməsi ilə bağlı heç bir hüquqi sənədin verilməyib. Lakin Əliyev İlqar Fərəc oğlu istifadə olunmayan həmin ərazidən ona torpaq sahəsinin ayrılması üçün Tərtər bələdiyyəsinə müraciət etdiyi bildirlir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az