Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya paytaxt Tiflis yaxınlığında sui-qəsd olub.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun yayadığı açıqlamada L.Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alındığı və ona hücum edildiyi bildirilib.
Xəbərdə deyilir ki, L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Onu müşayiət edən Rezo Kalomletsavi isə yerindəcə keçinib.
Prokurorluqdan bildirilib ki, sabiq nazir müavininin vəziyyəti ağırdır. L.Qvazava koma vəziyyətindədir, o, süni nəfəs aparatına qoşulub.
L.Qvazavanın klinikada olan qohumları ona sui-qəsdin mümkün səbəbləri barədə şərh verməkdən imtina ediblər. Yalnız bunu bildiriblər ki, L.Qvazava Hüquq Mühafizəçilərinin Müdafiə Liqasının yaradıcısıdır.
Hadisə yerində ölən Rezo Kalomletsavi L.Qvazavanın qohumudur. O da keçmiş polis işçisidir.
Gürcüstanın daxil işlər naziri Georgi Mqebrişvili sui-qəsd faktını şəxsi nəzarətinə götürüb və hadisə yerinə baş çəkib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL