Bakının Əmircan qəsəbəsində toyda dava düşüb.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, toya gələn qonaqlar arasında baş verən davada 3 nəfər bir-birini bıçaqlayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi 25 yaşlı Laçın Qüdrət oğlu Əmirov arasında mübahisə baş verib.
Tanışlar toy mağarından ayrılaraq mübahisəni yaxınlıqdakı dəmiryolunun kənarında davam etdiriblər. Mübahisə burda qızışıb. Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul Elxan oğlu Zahirov üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Özünü ayaqda saxlamağı bacaran Laçın əlindəki bıçaqla Rəsula xəsarət yetirib.
Hər üç şəxs yaxınlarının köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Növbətçi həkim Həsən Tağıyevin verdiyi məlumata görə, hər 3 yaralı dərhal əməliyyat olunub. Əməliyyatdan sonra yaralıların həyati təhlükələri aradan qalxıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR