"Tunara baxmaq çox çətindir"
Müğənni Tunar Rəhmanoğlu "Həyat tərzi” verilişinin qonağı olub.
Yeniliklərindən danışan sənətçi bu il pərəstişkarlarını sevindirəcəyini bildirib:
"Üç ildir albom üzərində çalışıram. Nəhayət, bir aydan sonra işıq üzü görəcək. İçərisində yeni bəstələr olacaq”.
T.Rəhmanoğluna ünvanlanan "Nə vaxt evlənirsən” sualına isə sənətçinin bacısı Azəri Günel Zeynalova belə cavab verib:
"Biz
bacılar da istəyirik ki, qardaşımız evlənsin. Qardaşımızın toyunda qol
qaldırıb oynayaq. Ona qız axtarırıq, amma tapmırıq. Tunara baxmaq çox
çətindir. Bir az evi çox dağıdır”.
Axşam.az