Türkiyə Şanlıurfada törədilən terror hadisəsinin təsirindən çıxmamış ikinci xəbərlə sarsılıb.
Vətəninfo.az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şanlıurfa valisi İzzettin Küçük iki polisin qətlə yetirildiyini açıqlayıb.
Onun sözlərinə görə, polislər Şanlıurfanın Ceylanpınar rayonunda eyni evdə qalıblar. Çevik Polis qüvvələrində çalışan iki şəxsin başından güllə ilə vurulmuş meyitləri qaldıqları evdə aşkarlanıb.
Vali bu qətlin hələlik terrorla bağlı olub-olmadığını müəyyən edilmədiyii deyib. "Hazırda polis araşdırma aparmaq üçün hadisə yerindədir".
Xatırladaq ki, iyul ayının 20-də Şanlıurfanın Suruç rayonunda, Amara mədəniyyət mərkəzinin qarşısında terror aktı törədilib. Bir kamikadze özünü gənclərin arasında partladıb. Hadisə nəticəsində 32 nəfər ölüb, ümumilikdə 100-ə yaxın insan yaralanıb.
Terror Bakı vaxtı ilə
13:50 Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı
çəkilən yerdəki çay bağçasında "Kobaninin yenidən inşaası" mövzusunda
mətbuat konfransı keçirən zaman qeydə alınıb. Hadisəni 18 yaşlı
İŞİD-çının törətdiyi ehtimal edilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL