Türkiyədə növbəti terror – 2 ölü, 14 yaralı

Türkiyədə növbəti terror – 2 ölü, 14 yaralı
Türkiyənin Mardin şəhərində PKK-lı terrorçular polis binasına bitişik yataqxanaya hücum ediblər. 

Türkiyə KİV-lərinə istinadən verilən xəbərə görə, terrorçular hücum zamanı bomba yüklü maşın, minaatan və uzun lüləli silahlardan istifadə edib. Terror aktı nəticəsində 2 polis şəhid olub, aralarında polis və mülki vətəndaşlar olmaqla 14 nəfər yaralanıb. Şiddətli partlayış nəticəsində polis binası və yataqxanada yanğın baş verib. Polislərlə terrorçular arasında atışma başlayıb. 

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az