Avropa Liqasında "Braqa”ya 1:4 hesabı ilə uduzan "Fənərbaxça”nın dünən portuqallara qarşı oyununun baş hakimi İvan Bebekin idarəçiliyi türkiyəliləri özündən çıxarıb.
Miq.az xəbər verir ki, "NTV Spor” şərhçisi Rıdvan Dilmən də serbiyalı referinin qərarlarına etirazını bildirib.
Dilmən Bebekin qərarların belə şərh edib: "Mən oyun izlərkən heç telefonumu yanımda saxlamıram. Axşam oyuna baxarkən qızım Əda mesaj yazdı. Yazırdı ki, "ata bu hakimin etdikləri biabırçılıqdır. Yəqin ki, referi dəli olub”. "Fənər”in oyunu başlayanda Fatih Terim mənə telefonda dedi ki, "bitdi, "Fənər” üçün Avroliqa bitdi”. Hakimin türklərə qarşı etdiklərini saydı. İslandiya ilə oyunda Ömərə qarşı haqsızlıq etdi. Çempionlar Liqasında "Qalatasaray”ın kapitanı Selçuk İnanı oyundan qovdu. Bu hakim bizə qarşı həmişə pis olub”.
Rıdvan bu matçın əvvəlcədən hazırlandığını bildirib: ""Fənərbaxça”ya qarşı əməliyyat etdilər. Bu oyun üçün 2-3 həftə öncədən hazırlaşmışdılar. "Qalatasaray”a cəza verdilər, amma "Bayer” bu cəzadan qurtula bildi. Oyun alqı-satqısına görə bir çox komandalara güzəştə getdikləri halda türklərə qarşı bunu etmədilər. Dünənki matç hər şeyi ortaya çıxardı. Mən karyeramda bundan böyük əməliyyat görməmişəm”.
Miq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL