UEFA "Qalatasaray"ı 1 il avrokuboklardan uzaqlaşdıra bilər

UEFA
"Qalatasaray” UEFA tərəfindən cəzalanmaq təhlükəsi üzləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu maliyyə "feyr-pley” tələblərini pozan "sarı-qırmızılılar”a avrokuboklardan 1 illik kənarlaşdırılmaqla bağlı cəza tətbiq edə bilər.
 
Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.
 
O bildirib ki, klubun cəzalandırılarsa, bunun günahkarı sabiq rəhbərlikdi: "Zərərin həcmi 164 milyon avroya bərabərdi. UEFA-ya bizim idarə heyətinə şans verilməsinin vacib olduğunu söylədim. "Qalatasaray”ı 1 illik cəzalandıra bilər. Amma bu cəza haqsızdı. Bu günə qədər "Qalatasaray”a rəhbərlik edənlər bəzi şeyləri gözdən qaçırıblar”.
 
Özbək əlavə edib ki, fevralın 23-də UEFA nümayəndələri ilə onlar arasında görüş keçiriləcək: "Görüşə futbol dünyasının yaxından tanıdığı vəkil Jan Lui Duponla gedəcəyik. "Qalatasaray”ın əvvəlki idarə heyətinin bəzi şeyləri bacarmadığını düşünürəm. Tələbləri yerinə yetirə bilməsək, baş verənləri "Qalatasaray” camiəsi daşıya bilməz. Əlimizdə olanları satmaqla vəziyyətdən xilas olmağın tərəfdarı deyiləm. Bunu nə özümə, nə də azarkeşlərimizə yaraşdıraram”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az