Tatlıses əslində iraqlı imiş
Məşhur müğənni İbrahim Tatlıses ilə aralarında 20 yaş fərq olan qardaşı
Hüseyn Tatlı Rudaw-a müsahibə verib. Tatlı babalarının İraqdan Urfaya
gəldiyini söyləyib.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, Hüseyn Tatlı keçdiyimiz günlərdə "Sənət Evi” nin (Mali Huner) dəvəti ilə Şimali İraq Regional Kürd Rəhbərliyinin paytaxtı Erbilə gədib. Rudaw-a danışan Hüseyn Tatlı böyük qardaşı İbrahim Tatlısesin vəziyyəti haqqında "Ankarada xüsusi bir xəstəxanada müalicəsi davam edir. Qardaşım Mahmud ona nəzarət edir” deyib.
İbrahim Tatlıses müsahibələrində ərəb atadan və kürd anadan doğulduğunu söyləsə də qardaşı Hüseyn Tatlı bunları deyib:
"Babam Güney Kürdüstandan Urfaya köçüb. Ata tərəfimiz əslən Güney Kürdüstanlı, ana tərəfimiz isə Urfalıdır. Yəni əslən buralıyıq”.
Ataları vəfat edən Tatlısesin anası Leyla Tatlı isə İstanbulda kiçik oğlu Hüseyn Tatlı ilə yaşayır.
"Sənət Evi”nin sahibi Şikar Mamed isə uzun illərdir Tatlıses ailəsi ilə yaxın dostluğunun davam etdiyini söyləyib və sözlərinə bunalrı əlavə edib:
"İbrahim ilk dəfə 2005-ci ildə Güney Kürdüstana gəlib. Mətbuat konfransından əvvəl jurnalistlərə kürd olması ilə əlaqədar sual verilməməsini xahiş edib. Çünki Türkiyədə onun üçün problem yaradıla bilərdi. Mətbuat nümayəndələri isə bu vəziyyəti çox böyütdülər. İbrahim heç bir zaman kürd olduğunu inkar etməyib. Bütün dünya onun kürd olduğunu bilir. Ancaq Tayyib Ərdoğanla olan yaxınlığına görə problem yaranmasını istəməyib”.