Xamneyi ABŞ-ı saxtakarlıqda ittiham etdi: “Sanksiyalar kağız üzərində ləğv edilib”

Xamneyi ABŞ-ı saxtakarlıqda ittiham etdi: “Sanksiyalar kağız üzərində ləğv edilib”

"ABŞ İrana qarşı sanksiyaları yalnız kağız üzərində ləğv edib”. 

Bu sözləri İranın ali dini lideri Ayətulla Əli Xamneyi bildirib. Onun sözlərinə görə, kağız üzərində sanksiyalar ləğv edilsə də, təcrübədə ABŞ ölkəyə investisiya yatırmaq istəyən biznesmenləri qorxudur. "ABŞ kağız üzərində xarici banklara İranla sövdələşmə aparmağa icazə verir. Lakin təcrübədə o "iranofobiya” yaradır. Buna görə də, heç kim İranla biznes qurmur”, -deyə Xamneyi bildirib. 

Onun sözlərinə görə, ABŞ hakimiyyəti İrana yatırılacaq xarici investorları ı qorxutmaq üçün sanksiya rejiminin hələ də qüvvədə olduğunu deyir. /Aznews.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az