Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Girnə Amerika Universitetinin azərbaycanlı professoru Ədalət Abıyev dünyasını dəyişib.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Xəbərə görə, professor Bakıda dəfn olunub. Ə.Abıyev 2014-cü ilin iyul ayından ağciyər xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, Ə.Abıyev 1952-ci il, yanvar ayının 13-də Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1975-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra elmi araşdırmalara başlayan Ə.Abıyev 2005-ci ilə qədər ADNA-da müxtəlif vəzifələrdə çalışıb, akademiyanın professoru olub.
Ə.Abıyev 2006-cı ildən dünyasını dəyişənə qədər pedaqoji fəaliyyətini ŞKTC-də Girnə Amerika Universitetində davam etdirib. O, kompüter texnologiyaları və elektrik cihazları sahəsində 100-dən artıq kitabın və elmi məqalələrin müəllifidir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL