Vətəninfo.az xəbər verir ki, ötən gecə Tovuz rayon Mərkəzi Xəstəxanasında insident baş verib. AzVision.az-ın məlumatına görə, əli kəsilən rayonun Qovlar kənd sakini 48 yaşlı Sadiq Əhmədov xəstəxanaya çatdırılsa da onu müayinə etmək üçün növbətçi həkim tapılmayıb. Bundan hiddətlənən S.Əhmədov xəstəxananın qapı, pəncərəsini sındırıb. Polis əməkdaşlarının müdaxiləsindən sonra xəstəni sakitləşdirmək mümkün olub.
Zərərçəkənin qohumları bildirir ki, S.Əhmədov öz həyətində işləyən zaman şüşə onun damarını kəsib, dərhal onu xəstəxanaya çatdırsalarda Tovuz rayon Mərkəzi xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli çalışsalarda növbətçi həkimi gördüm deyən olmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva şifahi olaraq bildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.
Qeyd edək ki, bu cür hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi.



Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR